Qara dənizin bəzi hissəsində balıq ovu qadağan edilib
AzerTAg.az

İstanbul, 26 mart, AZƏRTAC
İstanbulun Bosfor boğazında aşkarlanan partlayıcı maddə səbəbindən Qara dənizin Bolqarıstan ilə Türkiyənin Kocaeli vilayətinin Kefken rayonu arasındakı bölgəsində gecə saatlarında hər cür balıq ovu qadağan edilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən yazılı açıqlama verilib.
Məlumatda bildirilib ki, bölgədə balıqçılıq edənlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq ediləcək qadağa bu gündən qüvvəyə minəcək və yeni elan verilənədək davam edəcək.
Yeni tətbiq Qara dənizdə gün batandan gün çıxana qədər qayıqçılar da daxil olmaqla hər cür balıq ovu edən bütün balıqçılara şamil olunur.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Xəbərin mətnində orfoqrafik səhv var