İQTİSADİYYAT
Qara metallar və onlardan hazırlanan məmulatların idxalı artıb
Bakı, 20 may, AZƏRTAC
Bu ilin yanvar-aprel aylarında 278,4 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 308,9 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin müvafiq dövründə dəyəri 290,9 milyon dollar olmaqla 211,4 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.
Hesabat dövründə 93,5 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib. İdxal edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 168,6 milyon dollar olub. Ötən ilin eyni dövründə dəyəri 139,9 milyon dollar olmaqla 63,3 min ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.