İQTİSADİYYAT


Qara metallar və onlardan hazırlanan məmulatların ixracı azalıb

Bakı, 18 yanvar, AZƏRTAC

2019-cu ildə ölkədən 95 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac edilən məhsulun dəyəri 57,5 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2018-ci ildə 86,2 milyon dollarlıq 127,6 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.