Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qara şəhəri tarixə çevirən Ağ şəhər

Ağ şəhər dünya miqyasında ən böyük və ən müasir standartlara cavab verən şəhərsalma layihələrindən biridir

Bakı, 24 fevral, AZƏRTAC

Bakının mərkəzinə yaxın ərazidə, özü də “Qara şəhər” adı qazanmış bir məkanda ekoloji təmiz və göz oxşayan yeni bir yaşayış massivinin yaranacağına beş-on il bundan əvvəl bəlkə də heç kim inanmırdı. Bir əsirdən çox müddətdə bu ərazidə müxtəlif neft və kimya müəssisələri fəaliyyət göstərib. Həmin müəssisələrin hisi, tüstüsü və qoxusu bu ərazidə yaşayan insanların sağlamlığına mənfi təsir göstərirdi, oradakı yaşıllıqları məhv edirdi. Şəhərin bu tarixi hissəsini yenidən qurmaq məqsədilə ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na əsasən Bakı Ağ Şəhər ekoloji şəhərsalma layihəsi həyata keçirilir. Layihə 1650 hektar sahədə yerləşən şəhər mərkəzinin şərq hissəsinin (“Qara şəhər”in) bərpa və inkişafını, həmçinin Bakının yeni müasir mərkəzinə çevrilməsini nəzərdə tutur.

Ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması prioritetlər sırasındadır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər sırasında “Bakı Ağ Şəhər” layihəsini də qeyd edib. “Son illərdə bu istiqamətdə çox böyük işlər görülüb. Bakı sakinləri və qonaqlar bunu hiss edirlər ki, havanın keyfiyyəti böyük dərəcədə yaxşılaşıb. Nəyin hesabına? Çünki biz havanı çirkləndirən bir çox mənbələri ləğv etdik… Havanı, ekologiyanı böyük dərəcədə çirkləndirən “Qara şəhər” idi. İndi onun yerində “Ağ şəhər” yerləşir. Bu da böyük şəhərsalma layihəsidir. Yaxın gələcəkdə neftayırma zavodunun o ərazidən köçürülməsi nəticəsində həm bulvarın uzunluğu artacaq, həm də o zonada ekoloji vəziyyət daha da yaxşılaşacaq”.

Azərbaycan və onun xalqının parlaq gələcəyini düşünən ulu öndər Heydər Əliyev “Qara şəhər” barədə ona məxsus uzaqgörənliklə demişdi: “Azərbaycanda yüz illərdən bəri Qara şəhər adlanan şəhər ağaracaq, təmizlənəcək, burada gül-çiçək əkiləcək və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir”. Ulu Öndərin bu arzusu artıq reallaşıb.

Bu da Prezident İlham Əliyevin Ağ şəhər barədə dedikləri: “İndi bəzilərinin yadından çıxıb ki, biz maşınla o yerdən keçəndə pəncərələri bağlayırdıq. Çünki tüstüdən, iydən dayanmaq mümkün deyildi. Biz Qara şəhəri Ağ şəhərə çevirdik. Hesab edirəm ki, bu da dünya miqyasında ən böyük və ən müasir standartlara cavab verən şəhərsalma layihələrindən biridir. Artıq orada çoxmənzilli evlər tikilir, ictimai zonalar yaradılır. Qara şəhəri ləğv edib onun yerində ekoloji təmiz Ağ şəhər yaratmaq bizim növbəti tarixi xidmətimizdir”.

İlk neft canlanmasının mirası və uzaq keçmişin şəhərsalma tədbirlərinin nəticəsi kimi, Qara şəhər XIX əsrin sonunda Bakının şərq hissəsində meydana gəlmişdi. Sonradan o, “qara qızılın” emal olunması, saxlanılması və nəql edilməsi üzrə fəaliyyəti yerinə yetirərək, 100 ildən artıq bir müddətdə neft sənayesində mühüm rol oynamışdı. Lakin Qara şəhər iqtisadiyyatımıza və neft sənayesinin inkişafına töhfələr verməklə yanaşı, paytaxtın ekoloji mühitini korlayırdı. Torpaqlar neftlə çirklənirdi, eyni zamanda, istehsalat obyektlərinin xaotik şəkildə yerləşdirilməsi, kanalizasiya sisteminin olmaması həmin ərazidə yaranan çirkab və istehsalat tullantılarının birbaşa Xəzər dənizinə axıdılmasına və digər fəsadlara gətirib çıxarırdı.

“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində köhnə sənaye obyektləri şəhərin hüdudlarından kənara çıxarıldı, yüz ildən artıq bir müddətdə neftlə çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması işləri həyata keçirildi. “Bakı Ağ Şəhər” layihəsinin Baş Planı 10 universal şəhər tipli məhəllənin salınmasını nəzərdə tutur. Onların hər birində sakinlərin yaşayışı, işləməsi, istirahəti və əyləncəsi üçün ən yaxşı şərait yaradılması planlaşdırılır. Layihə çərçivəsində tikintinin ümumi sahəsi 15 milyon kvadratmetrdir. Ağ şəhərdə evlər, ofislər, inzibati dövlət binaları tikilir, parklar salınır və digər obyektlər inşa olunur. Bu isə təxminən 120 min mənzil, xidmət obyekti və 240 min iş yeri deməkdir.

“Bakı Ağ Şəhər” layihəsinin baş məsləhətçisi qismində mühəndis və memarlıq layihələndirilməsi üzrə “Atkins” (Böyük Britaniya) şirkəti çıxış edir. Layihə üzərində işə Azərbaycanlı mütəxəssislərlə yanaşı, əfsanəvi Norman Foster tərəfindən əsası qoyulmuş məşhur “Fosters + Partners” memarlıq şirkəti, kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik “F+A Architects” arxitektura bürosu, UN Studio memarlıq və mühəndislik agentliyi və digər tanınmış şirkətlər cəlb olunub. Layihənin konsepsiyasının formalaşdırılmasında memarlıq rəngarəngliyi, ekoloji uyğunluq və yeni ərazinin müasir şəhər ansamblına düşünülmüş inteqrasiyası mühüm istiqamətlər kimi əsas götürülüb. Nəticədə çox maraqlı memarlıq nümunələri və investisiya perspektivləri ilə yanaşı, torpağın dirçəlişi və inşaatın stimullaşdırılmasını, bu yerdə yaşamaq və işləmək arzusu oyadan cəlbedici mühitin və infrastrukturun yaradılmasını nəzərdə tutan layihə ortaya qoyulub. İdeyanın möhtəşəmliyi və görülmüş işlərin professionallığı Bakının müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir və “Bakı Ağ Şəhər” layihəsini dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsinə çıxarır.

Buradakı infrastruktur layihələrinin hər birində ekoloji məsələlər nəzərə alınıb, sonrakı fəaliyyətdə ekoloji tarazlığın saxlanılması, xüsusilə yaşıllıq ərazilərinin salınması, maksimum park, ekoloji və estetik görünüş yaradan layihələr icra olunub və bu işlər davam etməkdədir.

Layihə çərçivəsində 350 hektarlıq landşaft salınması nəzərdə tutulur. Bundan əlavə, Bakı Ağ şəhər mövcud olan Bulvar xəttini daha 5 kilometr uzatmağa, onu dünyada ən uzun bulvara çevirməyə imkan yaradır. Burada salınan yaşıl istirahət zonalarında və parklarda çinar, zeytun, palma, şam ağacları, sərv və çox sayda yeni ağaclar əkilib. Beləliklə, ekoloji cəhətdən Bakının “üz qarasına” çevrilmiş bir ərazi indi ekoloji təmiz və göz oxşayan şəhər içərisində yeni bir şəhərə çevrilməkdədir.

“Bakı Ağ Şəhər” layihəsinin Baş Planında nəzərdə tutulmuş 10 universal şəhər tipli məhəllənin bir neçəsi artıq istifadəyə verilib. Ötən ilin sonunda Park məhəlləsinin infrastruktur və abadlıq işləri yekunlaşıb. O, London memarlıq üslubunda layihələndirilmiş möhtəşəm Knighstbridge Residence kompleksindən, 20 mərtəbəli müasir binalar və böyük park kompleksindən ibarətdir. Burada nəzərdə tutulmuş şəhər və ictimai infrastrukturun inkişafı piyadalar üçün rahat və prioritet hərəkət təmin edir.

Layihə çərçivəsində müasir tikililərlə yanaşı, Qara şəhərin tarixi irsinə hörmətlə yanaşaraq, məşhur kimyaçı Dmitri Mendeleyev tərəfindən təklif edilmiş və dünyada ilk dəfə 1863-cü ildə Bakıda tətbiq olunmuş ağ neftin ikiqat təmizlənməsi qurğuları bərpa edilib. XIX əsrə aid neft anbarlarının istinad divarı və 1894-cü ildən əhaliyə təmiz suyun paylanmasını təmin edən pavilyon da gələcək nəsillərin tarixi yaddaşı üçün qorunub saxlanılıb. Neft anbarlarını əhatə edən istinad divarı boyunca Olimpiya məhəlləsinə piyada keçidi salınıb. Buradakı yaşıllıq zolağında layihənin tarixi və göstəriciləri haqqında qranit xatirə daşı qoyulub.

Müasir infrastruktur həm insanların rahatlığı, həm də investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradır. Dünyada müasir şəhərsalma tendensiyasını ehtiva edən və tamlığı ilə seçilən “Ağ Şəhər” layihəsinin həyata keçirilməsində insan amili əsas meyarlardandır. İllər keçdikcə burada görülmüş kompleks tədbirlər tədricən Qara şəhəri tarixə çevirir, ərazi müasir şəhər mərkəzi görkəmi alır. Keçmişdə və bu gün çəkilmiş fotolar iki dövr arasındakı fantastik fərqi əyani şəkildə göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib