MƏDƏNİYYƏT


“Qarabağ Azərbaycandır! Şuşa- Ənənədən Gələcəyə” adlı dəfilə gecəsi keçirilib VİDEO

Bakı, 7 may, Xəyalə Cəfərova, AZƏRTAC

Bakı Milli Geyim Evi 2022-ci il “Şuşa İli”nə həsr olunan kolleksiyasını təqdim edib.

AZƏRTAC xəbər verir ki, Daş Salnamələr Muzeyində təşkil olunan dəfilədə 30-dan çox geyim nümayiş olunub. Bakı Milli Geyim Evinin təsisçisi Könül Vəlibəyli illərdir Qarabağ geyimlərinin təqdim ediləcəyi günü səbirsizliklə gözlədiyini söyləyib: “Bu gözəl Qarabağ geyimləri uzun illərdir dünyanın müxtəlif ölkələrində sərgilənib. 30 il nisgilini çəkdiyimiz torpaqlar azad olunduqdan sonra kolleksiyanı genişləndirmək qərarına gəldim. Bu gün təqdim olunan geyimlərdə Qarabağın ayrı-ayrı bölgələrinin, xüsusilə azad Şuşamızın milli naxışları öz əksini tapıb”.

“Qarabağ Azərbaycandır! Şuşa- Ənənədən Gələcəyə” adlı gecədə Şuşaya aid qadın və kişi milli geyimləri, xüsusi dizaynla hazırlanan ləbbadələr, araxçınlar tədbir iştirakçılarının diqqətini çəkib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.