İDMAN


“Qarabağ Azərbaycandır” devizi altında keçiriləcək mini-futbol turnirinin püşkü atılıb

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF), Gənclər və İdman Nazirliyi, Bədən Tərbiyəsi və İdman Akademiyası və AFFA-nın “Qarabağ Azərbaycandır!” devizi altında idman jurnalistləri arasında təşkil etdiyi mini-futbol turnirinin püşkü atılıb.

AİJF-dən AZƏRTAC-a bildirilib ki, yarışda 8 komanda iki qrupda mübarizə aparacaq. Belə ki, A qrupunda "Cəbrayıl", "Laçın", "Füzuli" və "Qubadlı", B qrupunda isə "Kəlbəcər", "Ağdam", "Şuşa" və "Zəngilan" kollektivləri yer alıblar.

Turnirin final oyunu 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə baş tutacaq.

AİJF prezidenti Qabil Mehdiyev püşkatmanın tam obyektiv şəkildə, iştirakçı komandaların nümayəndələrinin iştirakı ilə keçirildiyini bildirib. O qeyd edib ki, turnirdə iştirak edən 6 komanda kollektiv müraciət, 2 komanda isə (Laçın və Kəlbəcər) fərdi müraciətlər əsasında formalaşdırılıb. Q.Mehdiyev jurnalistlərin rahatlığını təmin etmək məqsədilə açılış günü və ilk tur istisna olmaqla, qalan digər oyunların qeyri-iş günlərində təşkil ediləcəyini vurğulayıb. O, qalibin məhz Silahlı Qüvvələr Günündə müəyyənləşdirilməsinin də “Qarabağ Azərbaycandır!” turniri üçün xüsusi önəm daşıdığını bildirib.

Oyunlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək. Turnirə iyunun 11-də "Cəbrayıl" - "Qubadlı" və "Kəlbəcər" - "Zəngilan" matçları ilə start veriləcək. Həmin gün yarışın açılış mərasimi keçiriləcək.

Yarışın birinci turu iyunun 11-də, ikinci turu 13-də, üçüncü turu 15-də keçiriləcək. Yarımfinallar iyunun 19-da, final oyunları isə iyunun 26-da təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.