İDMAN
“Qarabağ”-“Bakı” oyunu heç-heçə başa çatıb
AZƏRTAC xəbər verir ki, baş hakim Ramil Diniyevin idarə etdiyi qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Son ölkə çempionu olan “Qarabağ”a qarşı inamlı oyunu ilə diqqət çəkən paytaxt klubu səfərdə heç-heçəyə nail olaraq bu mövsümdə ilk xalı hesabına yazıb.
Oyunda Ağdam təmsilçisinin heyətində Çumbinyo və Muarem Muarem, paytaxt komandasının heyətində isə Nurlan Novruzov və Yure Travner fərqləniblər.
Görüşdən sonra keçirilən mətbuat konfransında “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyib: “Oyunda düşündüyüm nəticə qeydə alınmadı. Biz görüşdə vacib iki xalı itirdik. Qarşıdakı oyunlara daha ciddi hazırlaşmalıyıq”.
“Bakı”nın baş məşqçisi İbrahim Uzunca qeyd edib ki, hər həftə daha yaxşı oynamağa çalışırıq. Komandamı təbrik edirəm. Bu gün çox yaxşı mübarizə apardıq.