Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Qarabağ Dirçəliş Fondu Azərbaycan banklarının rəhbərləri ilə Şuşada işgüzar görüş təşkil edib

Qarabağ Dirçəliş Fondu Azərbaycan banklarının rəhbərləri ilə Şuşada işgüzar görüş təşkil edib

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 21-də Şuşa şəhərində Qarabağ Dirçəliş Fondu və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə “Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda işgüzar görüş keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi və ölkənin aparıcı banklarının rəhbərləri iştirak ediblər.

Tədbirdə qonaqları salamlayan Aydın Kərimov, Məftun Abbasov, Rəhman Hacıyev və Zakir Nuriyev belə görüşlərin keçirilməsinin Qarabağın investisiya potensialının təbliği, eləcə də işğaldan azad edilən ərazilərdə dövlət-özəl tərəfdaşlığının inkişafı və təşviqi baxımından faydalı ola biləcəyini xüsusi vurğulayıblar.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxışı zamanı Şuşa şəhərinin Qarabağda həm yerli, həm də beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün vacib məkana çevrildiyini bildirib. Daha sonra tədbir iştirakçılarına Şuşada görülən cari işlər barədə ətraflı məlumat təqdim edilib.

Görüşdə çıxış edən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qeyd edib ki, dövlətimizin başçısının müvafiq tapşırığına uyğun olaraq şəhərdə bərpa işləri ilə yanaşı, müasir infrastrukturun və binaların inşası, şəhərin tarixi görünüşünün qaytarılması istiqamətində işlər sürətlə davam etdirilir. M.Abbasov Şuşanın Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı seçilməsinin, tarixi Şuşa Bəyannaməsinin imzalanmasının, Dünya Azərbaycanlılarının V Qurultayının, bir sıra yerli və beynəlxalq tədbirlərin Şuşada keçirilməsinin Prezident İlham Əliyevin Şuşa şəhərinə diqqət və qayğısının bariz nümunəsi olduğunu xüsusi vurğulayıb.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun və ABA-nın birgə təşkilatçılığı ilə baş tutan bu tədbirin dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi, cəmiyyətin müxtəlif təbəqələri ilə yanaşı maliyyə və bank sektorunun Qarabağın bərpası və yenidən qurulması prosesinə cəlb olunması, burada investisiya potensialının təhlili və icra mexanizmləri ilə bağlı müzakirələrin aparılması üçün xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən sonra ölkəmizin qarşısında dayanan məsələlərdən və 30 ildən sonra möhtəşəm Zəfərin nəticəsi olaraq yaranan yeni reallıqlardan danışan Rəhman Hacıyev deyib: “Şuşada aparılan bərpa-quruculuq işləri göstərir ki, qısa zaman ərzində bu ərazilərdə normal həyat bərpa olunacaq. “Böyük Qayıdış” prosesində əhalinin sosial rifahının yüksəldilməsi və bu ərazilərin nəhəng iqtisadi potensialından istifadə etməklə biznes imkanlarının stimullaşdırması əsas prioritet istiqamətlərdəndir”.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev qeyd edib ki, işğaldan azad edilən ərazilərimizdə maliyyə-bank sisteminin bərpası üzrə müzakirələrə başlanılıb və təkliflər planının hazırlanması istiqamətində işlər aparılır. “Bugünkü görüş işğaldan azad edilən ərazilərdə bank-maliyyə xidmətlərinin təmin edilməsi, burada biznes imkanlarının stimullaşdırmasında bankların rolunun müzakirəsi üçün yaxşı platformadır”, - deyə Z.Nuriyev əlavə edib.

Görüşdə bank sektorunun çevikliyi, rəqabətqabiliyyətliliyi və innovativliyini nəzərə alaraq ianə mədəniyyətinin təşviqi, Böyük Qayıdış prosesində əhalinin sosial rifahının yüksəldilməsi və biznes imkanlarının stimullaşdırmasında bankların rolu, Şuşanın resurs və infrastrukturuna əsaslanan investisiya və işgüzar potensialının təhlili, Qarabağda dövlət-özəl sektor tərəfdaşlığının imkanları, Qarabağda mədəni-tarixi abidələrin bərpası məsələləri müzakirə olunub.

Müzakirələr zamanı bank rəhbərləri tərəfindən Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Banklar Assosiasiyasının iştirakı ilə Şuşada və Qarabağda dövlət-özəl tərəfdaşlığının stimullaşdırılması və birgə fəaliyyətinin davam etdirilməsi istiqamətində təhlillər aparılması ilə bağlı təkliflər səsləndirilib. Eyni zamanda, bank nümayəndələri Şuşa şəhərində infrastruktur layihələri, mədəni, tarixi və dini abidələrin konservasiyası və bərpası layihələrinə dəstək göstərmək niyyətində olduqlarını bildiriblər.

Görüşün sonunda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev ianə edərək Qarabağın dirçəlişi kimi mühüm missiyanın növbəti iştirakçılarına çevrilən “Azərbaycan Sənaye Bankı” ASC və “Naxçıvanbank” ASC-yə “İanə Sertifikatı”, “Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda işgüzar görüşün ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə isə Azərbaycan Banklar Assosiasiyasına “Təşəkkür Sertifikatı” təqdim edib.

Qeyd olunmalıdır ki, “Azərbaycan Sənaye Bankı” ASC 100 min manat, “Naxçıvanbank” ASC isə 55 min manat Fonda ianə edib.

Tədbirdən sonra Şuşa şəhərinin tarixi-mədəni obyektləri ilə tanışlıq məqsədilə tədbir iştirakçılarının ekskursiyası təşkil olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb

Riçardas Lapaytis: Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq

Anar Eyvazov: Azərbaycan Ordusu hazırda silahların və döyüş sursatlarının qəbul edilməsi prosesini aparır

Müdafiə Nazirliyi Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısını açıqlayıb VİDEO

Anar Eyvazov: Azərbaycan Ordusu antiterror tədbirləri zamanı dəqiq silahlarla yalnız legitim hərbi hədəfləri zərərsizləşdirib

Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər VİDEO

Zelim Tçkayev “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Hidayət Heydərov: Azarkeşlərin ümidini doğrultdum

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib  YENİLƏNİB

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Ermənistanın böyük şəhərlərində hökumət əleyhinə aksiyalar keçirilir

Hidayət Heydərov “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Fransa, Almaniya və Avropa İttifaqının ədalətsiz mövqeyi onların qərəzli siyasi məqsədlərini təsdiqləyir - ŞƏRH

Avropa Kuboku: "Kür" Mingəçevirdə İtaliyanın “Jomi Salerno" klubunu qəbul edir

Dövlət qurumlarının əməkdaşları arasında atıcılıq üzrə yarışa start verilib

Corcio Napolitano ilə vida mərasimi sentyabrın 26-da keçiriləcək

Karyerasını bitirən Azərbaycan cüdoçuları ilə görüş keçirilib

Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının nümayəndələri ölkəmizə səfər ediblər

T.S.Süleymanovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yanvar-avqust aylarında pensiya ödənişlərinə 3 milyard 797 milyon manat vəsait yönəldilib

Jurnalistlərə lokal xarakterli antiterror tədbirləri zamanı informasiya sferasında atılmış addımlara dair məlumat verilib

Nazirlər Kabinetinin geniş iclası keçirilib

Ağdamdan Xankəndiyə yanacaq göndərilib VİDEO

Azərbaycanda xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb

Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında Memorandum imzalanıb

Deputat: Azərbaycanın irəli sürdüyü təkliflər regionun və Qarabağda yaşayan vətəndaşların rifahına yönəlib

Prokurorluq əməkdaşları Abşeron rayonunda 1500-dən çox ağac əkib

Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə görüş keçirilib

Fransa İtaliya üzərindən mühacir axınının qarşısını almağa çalışır

Elm və təhsil naziri Əməkdar müəllim Faina Ələkbərova ilə görüşüb

Azərbaycan və Pakistan sahibkar qadınları arasında iqtisadi əlaqələr müzakirə olunub

Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumuna qeydiyyat aparılır

Gəncə Dövlət Universitetinin bir qrup tələbəsi ikili diplom proqramı çərçivəsində Türkiyədə təhsil alacaq

Gəncədə Mühəndislik elmləri üzrə II Beynəlxalq Konfrans öz işinə başlayıb

Azərbaycanın iki cüdoçusu Böyük Dəbilqə turnirində finala vəsiqə qazanıb

Azərbaycanın 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri bəyənilib

Albert Aqarunovun vurduğu erməni tankı Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunur VİDEO

Müharibə zamanı tədris üçün təlimə dair layihə çərçivəsində seminar

KOBİA nümayəndələri Avstraliyada sahibkarlıqla məşğul olan iş adamları ilə görüşüb

Şərqşünas alim antiterror tədbirləri haqqında ərəb telekanallarına müsahibələr verib

Azərbaycan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparatının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin işçilərinin say həddinin müəyyən edilməsi, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatının ştat sayının artırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 fevral tarixli 15 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 25 oktyabr tarixli 230 nömrəli Qərarının ləğv edilməsi haqqında” 2022-ci il 4 fevral tarixli 39 nömrəli Qərarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin say həddinin müəyyən edilməsi haqqında” 2016-cı il 11 avqust tarixli 304 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dubayda dünyanın ilk üzən məscidi tikiləcək

Prezident İlham Əliyev İtaliya xalqına başsağlığı verib

Azərbaycanın dövlət qurumlarının “İnformasiya Texnologiyaları rəhbərlərinin II Zirvə toplantısı” yekunlaşıb

Heydər Əliyev adına Hərbi İnstitutda təhsilin təşkili qaydası dəyişib

Ordunuzun yüksək peşəkarlığı antiterror tədbirlərinin qısa zamanda yekunlaşması ilə nəticələndi – Hərbi ekspert

Ukraynalı ekspert: Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə qəti qələbəsi böyük epoxanın sonu oldu

Tarix Muzeyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiqlənib

Şərqşünaslıq İnstitutunun nəşrləri Türkiyə 29 Mayıs Universitetinin kitabxanasına hədiyyə edilib

Masallıda avtomobil 65 yaşlı kişini vuraraq öldürüb

Elm və Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin say həddi müəyyənləşib

İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya

Beynəlxalq axtarışa verilmiş şəxs Almaniyadan ölkəmizə gətirilib

XİN-də diplomatik xidmətə qəbul imtahanının növbəti mərhələsi keçirilib

Xəbərdarlıq: Rayonlarda hava qeyri-sabit olacaq

Magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan bakalavrların nəzərinə

Qazaxıstan Türkiyə ilə gömrük nəzarəti prosedurunu sadələşdirir

London və Mançesterdə Ermənistanın mina terroru ilə bağlı məlumatlandırma aksiyası təşkil edilib

Azərbaycan Ordusu Vətən müharibəsindən sonra hərb sahəsində yeni bir modelin müəllifi oldu - ŞƏRH

Zelim Tçkayev və Hidayət Heydərov yarımfinala vəsiqə qazanıblar

Ermənistanın Azərbaycana vurduğu ekoloji zərbə ilə bağlı BMT-də məsələ qaldırılıb VİDEO

Fransada etiraz nümayişləri yenidən alovlanır

Mərkəzləşdirilmiş Antivirus Sistemi vasitəsilə birinci yarımildə 2,8 milyon zərərverici virus bloklanıb

"Neftçi" zədəli futbolçularının son vəziyyətini açıqlayıb

ADNSU-nun rektor əvəzi: Elektron universitet sistemi müəllimlər və tələbələr arasında sıx rabitəni yaratmağa kömək edəcək

Erməni sakinlərinin ilkin tibbi yardım və qida ilə təmin olunması üçün 1000 nəfərlik çadır düşərgələri qurulub 

Dünya seriyalı turnirdə uğurla çıxış edən stolüstü tennisçilərimiz Vətənə qayıdıb

Avropada dizel yanacağı bahalaşıb

Hüquq-mühafizə bölmələri başçıları komitəsinin iclasi keçirilib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı VİDEO

Bu gün SSRİ Xalq artisti Firəngiz Əhmədovanın doğum günüdür

DGK sədri Beynəlxalq Narkotiklərlə Mübarizə konfransında iştirak edib

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poçt markalarının möhürlənməsi mərasimi olub

2030-cu ilədək vərəmə son qoyulmalıdır

Ombudsman: Azərbaycan Qarabağın erməni sakinlərinin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir

Akademik İsa Həbibbəyli Beynəlxalq Elmi Şuranın Assambleyasının iclasında çıxış edib

Türkiyənin iki professoru MDU-da fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində tədbirlərin keçirilməsi ölkəmizdə kiberməlumatlılığın artmasının bariz nümunəsidir

Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib

Fərdi sahibkar bank hesabı açmaq üçün nə etməlidir?

Bu gün Çində XIX Asiya oyunları start götürəcək

İmişlidə “Biz həmişə sizinləyik!” bədii-sənədli filmi böyük maraqla qarşılanıb

Nazirlik: Məktəblərdə hər 11 şagirdə 1 kompüter düşür

Xəzər Universiteti 23-cü Çin Beynəlxalq Sənaye Sərgisində təmsil olunub

Ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Albert Aqarunovun vurduğu erməni tankı demontaj olunub və Bakıya gətirilib

Şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirilib

Peşə təmayüllü siniflərdə təhsil alan məzunların qəbul nəticələri açıqlanıb

İrakli Qaribaşvili: Gürcüstan regionda daimi sülh naminə Azərbaycan və Ermənistanla işləməyə hazırdır

Azərbaycan Cənubi Qafqazın münaqişə deyil, sülh, əməkdaşlıq regionu kimi tanınmasını istəyir - AÇIQLAMA

Azərbaycanın Rus İcması: Cənubi Qafqazda sülhün, inkişaf və tərəqqinin vaxtı gəlib çatıb

FHN: Ötən sutka ərzində 16 halda yanğına çıxış olub, bir nəfər xilas edilib

Qəbələdə şəhidlərin xatirəsinə həsr edilən film nümayiş olunub

Şəhid gizirin son arzusu yerinə yetirildi VİDEO

Azərbaycan Silahlı Qüvvələri Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrini müasir silahlarla məhv etdi – ŞƏRH

DYP “Məktəblinin yol dostu” layihəsinə start verib