İDMAN


“Qarabağ” “Keşlə”ni böyük hesabla məğlub edib

Bakı, 18 aprel, Nicat Məmmədov, AZƏRTAC.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlində ilk pillədə qərarlaşan “Qarabağ” autsayder “Keşlə”ni qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qolu 18-ci dəqiqədə Simeon Slavçev vurub. Qoldan sonra “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov hakimlərə etirazını bildirib. O, rəqib oyunçuların qaydanı pozduğunu iddia etsə də, FIFA referisi Əliyar Ağayev məşqçini texniki zonadan uzaqlaşdırıb. 59-cu dəqiqədə isə Riçard Almeyda penaltidən fərqlənməklə fərqi iki topa çatdırıb. 75-ci dəqiqədə Abdullah Zubir rəqibi üçüncü dəfə məyus edib.

Bu nəticədən sonra xallarının sayını 57-yə çatdıran “Qarabağ” 1-ci pillədəki mövqeyini qoruyub. “Keşlə” isə 20 xalla sonuncu - 8-ci yerdə qalıb.

Qeyd edək ki, günün digər oyununda “Səbail” səfərdə “Sumqayıt”ı məğlub edib - 2:1. Tura sabah keçiriləcək “Qəbələ” – “Zirə” və “Sabah” – “Neftçi” matçları ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.