İDMAN


“Qarabağ” “Keşlə”nin qapısından dörd cavabsız top keçirib

Bakı, 6 avqust, AZƏRTAC

Qəbələdə UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşan Ağdamın "Qarabağ" futbol klubu növbəti yoxlama oyununda "Keşlə" klubu ilə üz-üzə gəlib.

AZƏRTAC xəbər verir ki, komandalar avqustun 5-də qüvvələrini yenidən sınayıblar. Matç Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, bu, avrokubok iştirakçılarımızın Qəbələdə 4-cü sınaq matçı olub. Bu komandalar yay fasiləsində ilk yoxlama oyunlarını öz aralarında keçirib və Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi qeydə alınıb. Avroliqa təmsilçimiz "Keşlə" bundan sonra "Zirə"ni 1:0, "Səbail"i 2:0 hesabıyla məğlub edib. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" isə növbəti görüşlərində "Sabah"a 1:2 hesabıyla uduzub, "Neftçi"yə isə 1:0 hesabıyla qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.