İDMAN


“Qarabağ”–“Kukesi” oyununa hakim təyinatı açıqlanıb

Bakı, 28 iyul, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ”–“Kukesi” (Albaniya) qarşılaşmasına hakim təyinatı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Peter Kralovic olacaq. Ona həmyerliləri Miroslav Benko və Erik Veiss kömək edəcəklər. Dördüncü hakim funksiyasını Patrik Hrcka yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ”–“Kukesi” oyunu avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.