İDMAN


“Qarabağ”-“Molde” oyununu Serbiyadan olan hakimlər briqadası idarə edəcək

Bakı, 14 sentyabr, AZƏRTAC

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki matçına hakim təyinatları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisinin Norveçin “Molde” klubu ilə keçirəcəyi görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Scran Yovanoviç olacaq.

Hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprlilər təyinat alıb.

Qeyd edək ki, sentyabrın 16-da “AEK Arena”da keçiriləcək “Qarabağ”- “Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.