İDMAN


“Qarabağ”-“Olimpiya” oyununun biletləri satışa çıxarılıb

Bakı, 11 iyul, AZƏRTAC

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda Ağdamın “Qarabağ” klubunun qarşılaşacağı Sloveniyanın “Olimpiya” komandası ilə matçın biletləri iyulun 11-də satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, biletləri satış məntəqələrindən və onlayn olaraq - iTicket.az saytından əldə etmək mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VIP biletlər isə 50 manatdır.

Qeyd edək ki, “Qarabağ”-“Olimpiya” matçı iyulun 18-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.