REGİONLAR
“Qarabağ Regional Elektrik Şəbəkəsi” MMC-nin direktoru: Şuşa fasiləsiz elektrik enerjisi ilə təmin olunur VİDEO
Şuşa, 15 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
“Azərenerji” ASC işğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə 9 elektrik yarımstansiyası inşa edib və onları ikidövrəli variantda 110 kVt-luq elektrik verilişi xətləri ilə əlaqələndirib.
Bunu Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Azərenerji” ASC “Qarabağ Regional Elektrik Şəbəkəsi” MMC-nin direktoru Mircəlal Hüseynov deyib.
O bildirib ki, “Şuşa” yarımstansiyasında iki ədəd 25 mVt gücündə transformator quraşdırılıb. Şuşa şəhəri və ətrafda çalışan tikinti təşkilatları fasiləsiz elektrik enerjisi ilə təmin edilir. Əgər şəhərdə elektrik enerjisi ilə bağlı əlavə tələbat olarsa, daha güclü transformatorlar quraşdırılacaq. Bu avadanlıqlar gələcəkdə dəyişdiriləcək gücə uyğun seçilib.
M.Hüseynov qeyd edib ki, Laçında da 110/35/10 kVt-luq elektrik yarımstansiyasının inşasına başlanılıb, eyni zamanda, Kəlbəcər yarımstansiyasından Qorçu yarımstansiyasına 42 kilometr uzunluğunda 110 kVt ikidövrəli elektrik verilişi xəttinin çəkilişinə start verilib.