İDMAN


“Qarabağ” Riçard Almeydanın transferini təsdiqləyib

Bakı, 12 yanvar, AZƏRTAC

Ağdamın “Qarabağ” futbol klubu millimizin yarımmüdafiəçisi Riçard Almeydanı yenidən sıralarına qatıb.

AZƏRTAC klubun rəsmi “Facebook” səhifəsinə istinadla xəbər verir ki, yaxın iki gündə Riçard Ağdam klubunun Antalyadakı hazırlıq prosesinə qoşulacaq. Bundan sonra isə o, “Qarabağ”la müqavilə imzalayacaq. Hazırda bu keçidin rəsmiləşməsi üçün son sənədləşdirmə işləri aparılır.

Hazırda Qazaxıstan “Astana”sına məxsus olan Almeydanın Ağdam klubuna 1 illik icarə əsasında keçəcəyi bildirilir.

İyirmi doqquz yaşlı yarımmüdafiəçi “Qarabağ”ı 2017/2018-ci il mövsümünün sonu tərk edərək “Astana”ya keçib.

Qeyd edək ki, bundan əvvəl Ağdam klubu sabiq futbolçusu Reynaldo Silvanı da heyətinə cəlb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.