İDMAN


“Qarabağ” UEFA Konfrans Liqasında topa ən çox sahib olan klubların siyahısında yer alıb

Bakı, 26 may, AZƏRTAC

UEFA Konfrans Liqasında 2021/2022-ci il mövsümünün statistik göstəriciləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, “Qarabağ” turnir ərzində topa ən çox sahib olan klubların siyahısında yer alıb.

Ağdam təmsilçisi 59 faizlə ikinci sırada qərarlaşıb. “Qarabağ” bu göstəricidə 59,9 faizə malik Niderlandın “Alkmaar” komandasından geri qalır.

“Qarabağ” komandası dəqiq ötürmələrə görə ilk beşlikdə yer alıb. Ağdam təmsilçisi əsas mərhələdə keçirdiyi 8 qarşılaşmada 83,9 faiz dəqiqliklə oynayıb.

Bundan başqa, “Qarabağ” ən çox küncdən zərbə yerinə yetirən komandalardan biridir. Turnirin qalibi olan “Roma” 75, digər finalçı “Feyenoord” isə “Qarabağ”la birlikdə 66 dəfə topu oyuna künc nöqtəsindən daxil edib.

“Roma” final matçında “Feyenoord”u 1:0 hesabı ilə məğlub edib. “Qarabağ” pley-off mərhələsinin hər iki görüşündə Fransanın “Marsel” klubuna uduzub – 1:3, 0:3.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.