İDMAN


“Qarabağ”–“Vorskla” oyununun hakimləri bəlli olub

Bakı, 22 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ”ın Ukraynanın “Vorskla” komandasına qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüşü İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Roi Raynşrayber olacaq. Danni Krasiku və David Elias Bitton yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Alon Yefet ilə Daniel Bar Natan əlavə köməkçi, Amihay Yehoşua Mozes isə dördüncü hakim olacaq.

Qarşılaşmanın hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə polşalı Kazimirj Olesjekdir.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.