İDMAN


“Qarabağ”- “Legiya” oyununu Almaniyadan olan hakimlər briqadası idarə edəcək

Bakı, 25 sentyabr, AZƏRTAC

Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki matçına hakim təyinatları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisinin Polşanın “Legiya” klubu ilə keçirəcəyi görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Tobias Stielerə yan xətt hakimləri Kristian Qittelmann və Rafael Foltin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 1-də Polşadakı “Voyska Polskoqo” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.