İDMAN


“Qarabağ” - “Kayrat” oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb

Bakı, 20 oktyabr, AZƏRTAC

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü turunda Qazaxıstan "Kayrat"ı ilə keçirəcəyi oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşma üçün 13 mindən çox bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşdə koronavirus pandemiyası ilə əlaqədar arenanın 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Mərkəzi arena 30 min fanat qəbul edə bildiyindən, matç üçün 15500 bilet satışa çıxarılıb.

Qeyd edək ki, oktyabrın 21-də oynanılacaq "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.