İDMAN


“Qarabağ” – “Kukesi” oyununun biletləri satışa çıxarılıb

Bakı, 25 iyul, AZƏRTAC

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya) matçının biletləri satışa çıxarılıb.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, avqustun 1-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq oyunun biletlərini stadionun kassalarından almaq mümkündür. Biletlərin qiymətləri 1 manat təşkil edəcək. Digər biletləri sektorlara uyğun olaraq, 2 manat, 3 manat, 5 manat və 10 manata almaq olar. VIP biletlər isə 50 manatadır.

Biletlər iyulun 24-də səhər 10:00-dan etibarən satışa çıxarılıb. Qarşılaşmaya olan böyük maraq səbəbindən “Qarabağ” futbol klubu vətəndaşlardan biletləri sadəcə Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından holoqramlı bilet almağı xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.