İDMAN


“Qarabağ” – “Lex” oyununun biletləri satışa çıxarılıb

Bakı, 27 iyun, AZƏRTAC

Ağdamın “Qarabağ” klubunun Bakıda Polşanın “Lex” komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu üçün biletləri satışa çıxarıb. AZƏRTAC xəbər verir ki, qiymətlər sektorlara uyğun olaraq 5, 10, 20 və 50 manat təşkil edir. Biletləri "Iticket.az"ın satış məntəqələrindən (11:00-dan 20:00-dək) və onlayn şəkildə, həmçinin Ağdam təmsilçisinin “Park Bulvar”dakı fan-şopundan (11:00-dan 20:00-dək), matçın təşkil olunacağı Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək olar. Mərkəzi arenanın kassalarında bilet satışı bu gün saat 15:00-da başlayacaq və 20:00-dək davam edəcək. Qeyd edək ki, iyulun 12-də oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk görüş isə iyulun 5-də Poznanda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.