İDMAN


“Qarabağ” – “Linfild” oyununun biletləri satışa çıxarılıb

Bakı, 22 avqust, Nicat Məmmədov, AZƏRTAC

“Qarabağ”ın UEFA Avropa Liqasının play-off mərhələsində Şimali İrlandiyanın “Linfild” ilə Bakıda keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, ən ucuz bilet 2 manatdır. Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik”, “28 Mall”, “Park Bulvar”dakı “iTicket” satış məntəqələrindən, “ASAN xidmət”in 2 və 3 saylı (Yasamal, AMAY T/M) mərkəzlərindən və https://iticket.az/ saytından əldə etmək olar.

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk matç avqustun 22-də Belfastda reallaşacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.