“Qarabağ” – “Qalatasaray” xeyriyyə oyunu başlayıb
AzerTAg.az
Bakı, 26 mart, AZƏRTAC
Ağdamın “Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları arasında Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində Amin Ramazanov, Maksim Medvedev, Rahil Məmmədov, Kevin Medina, Donald Gerye, Julio Romao, Qara Qarayev, Leandro Andrade, Adama Diakabi, Abdullah Zubir və Redon Cica yer alıblar.
“Qalatasaray”ın heyətində meydana Okan Koçuk, Leo Dyubua, Matias Yensen, Emre Taşdemir, Kaan Ayhan, Yunus Akgün, Nikolo Zanyolo, Bafetimbi Qomis, Berkan Kutlu, Serjiu Oliveyra və Yusuf Demir çıxıblar.
Oyunu FIFA referisi Əliyar Ağayev idarə edir. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərirlər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirir. VAR hakimləri isə Cavid Cəlilov və Müslüm Əliyevdir.
Görüşdən əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.












Xəbərin mətnində orfoqrafik səhv var