İDMAN


“Qarabağ” – “Viktoriya Plzen” oyununu idarə edəcək hakimlər müəyyənləşib

Bakı, 15 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” komandasının turnirin pley-off mərhələsində Çexiyanın “Viktoriya Plzen” klubuna qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib.

AZƏRTAC AFFA-nın saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Slavko Vinçic olacaq. Ona yan xətt hakimləri Tomaz Klancnik və Andraj Kovacic kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək. VAR hakimləri isə Nejc Kajtazovic və Jure Praprotnik olacaq.

Qeyd edək ki, avqustun 17-də oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.