ELM VƏ TƏHSİL
“Qarabağ - əsrlərin salnaməsi” əsəri Mərkəzi Elmi Kitabxanaya təqdim edilib
Bakı, 26 sentyabr, AZƏRTAC
“Paşa Həyat Sığorta” şirkətinin dəstəyi ilə nəşr edilən “Qarabağ - əsrlərin salnaməsi” kitabı Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim olunub. “İrs” seriyasının yeni nəşri olan kitab Azərbaycanın dilbər guşəsi Qarabağın faciəli taleyinə həsr edilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, nəşrdə bu ərazinin tarixindən, qarabağlıların mərdliyindən, keşməkeşli həyatından, habelə XX əsrin 80-ci illərinin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, Dağlıq Qarabağın işğalından, Xocalı soyqırımından bəhs olunur.
Kitab “Azıx mağarası”, “Məğrur albanlar”, “Monqol istilası”, “Müharibələrarası dövr”, “Pənahəli xan Qarabağlı”, “Yenilməz Şuşa”, “Çətin seçim”, “Əcdadların torpağı uğrunda”, “Nə unutmaq, nə də bağışlamaq” fəsillərindən, proloq və epiloqdan ibarətdir. Bu fəsillərin hər birində mövzu elmi, tarixi mənbələrə istinadla mükəmməl əhatə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:03]
“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
- 28.03.2024 [15:49]