ELM VƏ TƏHSİL


“Qarabağ abidələri” respublika onlayn rəsm və əl işləri müsabiqəsinə start verilib

Bakı, 23 fevral, AZƏRTAC

Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ abidələri” respublika onlayn rəsm və əl işləri müsabiqəsinə start verilib. Müsabiqə aprelin 22-dək davam edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə doğma Vətənə, torpağa məhəbbət hissini artırmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, Qarabağ abidələrini gənc nəslə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.

Müsabiqə 3 yaş qrupu (8-10, 11-14,15-17), “Rəsm” və “Əl işləri (maketlər)” nominasiyaları üzrə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir. Müsabiqəyə rəsm, tətbiqi sənət və əl işləri sahələri üzrə müəllimlər də dəvət olunurlar.

Müsabiqə 3 mərhələdə keçilir:

I mərhələ - 22 fevral - 31 mart 2021-ci il. Bu mərhələdə təhsil müəssisələrinin təşkilat komitələri tərəfindən hər yaş qrupu üzrə seçilmiş iştirakçıların, eləcə də müsabiqəyə qatılan müəllimlərin rəsm və əl işlərinin fotosu qarabagh.abideleri2021@gmail.com elektron ünvanına göndərilməlidir. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, 1 iştirakçı 1 nominasiya üzrə iştirak edə bilər.

II mərhələ - 1 - 10 aprel 2021-ci il. Bu mərhələdə münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə qaliblər müəyyənləşdirilir.

III mərhələ - 22 aprel 2021-ci il. Yekun mərhələdə hər yaş qrupu üzrə bir iştirakçı və bir müəllim Qran-pri mükafatı ilə, qaliblər diplom və sertifikatlarla təltif olunacaq, qalib işlər sosial şəbəkələr və kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

Müsabiqə ilə bağlı sual yarandığı halda +994124215466 və +994124214191 telefon nömrələri ilə əlaqə saxlamaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.