İDMAN


Qarabağ atları London Beynəlxalq Atçılıq Şousunda çıxış edəcək

Bakı 18 dekabr, AZƏRTAC

Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Qarabağ atları dekabrın 19-dan 23-dək Londonda Olimpiya Beynəlxalq Atçılıq Şousunda çıxış edəcək.

ARAF-dan AZƏRTAC-a bildiriblər ki, olimpiya üçün hazırlanan nümayiş "Odlar yurdu Azərbaycan və Qarabağ atı” kimi tanınır. Nümayişdə 12 at və çapar iştirak edəcək.

Nümayişin məqsədi Azərbaycanın mədəni irsini qlobal auditoriyaya çatdırmaqdır. Zəngin mədəniyyət əsrlərboyu Azərbaycan xalqının qəhrəmanlığını, cəsarətini və qorxmazlığını əks etdirən milli rəqs və musiqimizin müşayiəti altında Qarabağ atlarının gücünü və möhtəşəm bacarıqlarını əks etdirən şou ilə nümayiş olunacaq.

Qeyd edək ki, Qarabağ atları dünyanın bütün ölkələrində xüsusi cins kimi tanınır. Atlar mayın 10-13-də Kral Vindzor At Şousunun 75 illik yubileyində və Britaniya Kraliçası II Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə çıxış edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.