Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qarabağ bölgəsində ümumxalq səsverməsi seçicilərin fəallığı ilə başlayıb

Qarabağ bölgəsində ümumxalq səsverməsi seçicilərin fəallığı ilə başlayıb

Ağdam, 26 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC 

Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi Qarabağ bölgəsində seçicilərin fəallığı ilə başlayıb. Dairə seçki komissiyalarından AZƏRTAC-a verilən məlumata görə, səsvermə hüququ olan sakinlər səhər saat 8-dən seçki məntəqələrinə gələrək azad, sərbəst şəkildə səs verir, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyada fəal iştirak edirlər.

Ağdam rayonunda referendum 118 və 119 saylı dairələrdə keçirilir.

118 saylı Ağdam şəhər seçki dairəsi dairə seçki komissiyasının 46 məntəqəsi 39 min 737 seçicini əhatə edir. Məcburi köçkün ağdamlılar Bakı şəhərində, Abşeron və Bərdə rayonlarında təşkil edilmiş məntəqələrdə səs verirlər. Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb. Səsvermənin gedişini internet vasitəsilə izləmək üçün 1 və 28 saylı məntəqələrdə veb-kamera quraşdırılıb.

119 saylı Ağdam kənd seçki dairəsinin tərkibinə daxil olan 42 seçki məntəqəsi üzrə isə 41 min 942 seçici qeydə alınıb. Dairə üzrə 611 nəfər gənc ilk dəfə səsvermə hüququ əldə edib. Seçicilərin 1020 nəfəri 80-100 yaş arasında, 5 seçicinin yaşı isə 100-dən yuxarıdır. Dairə üzrə 21 və 35 saylı məntəqələrdə veb-kamera quraşdırılıb. Səsvermənin gedişini 436 nəfər müşahidəçi izləyir.

X X X

48 saylı Yevlax seçki dairəsinin 31 seçki məntəqəsi üzrə 34 min 105 seçici qeydə alınıb. Onlardan 268 nəfəri ilk dəfə olaraq səsvermə hüququndan istifadə edəcək gənclərdir. 11 seçicinin yaşı isə 100-dən yuxarıdır. 27 saylı seçki məntəqəsində qeydə alınmış 120 yaşlı Zərnişan İsmayılova rayonun ən yaşlı seçicisidir. Səsvermənin gedişini 326 nəfər müşahidəçi izləyir. Məntəqələrin 15–də veb-kamera quraşdırılıb.

X X X

49 saylı Yevlax-Mingəçevir seçki dairəsi dairə seçki komissiyasından verilən məlumata görə, ümumxalq səsverməsi 38 seçki məntəqəsində keçirilir. Seçki məntəqələrinin 26-sı Yevlax rayonunun ərazisində, 12-si isə Mingəçevirdə yerləşir. Qeydə alınmış 36 min 750 seçicidən 187 nəfəri ilk dəfə səs vermək hüququ əldə edib. Seçicilərin 600 nəfərin yaşı 80-100 arasında, 1 seçicinin yaşı isə 100-dən yuxarıdır. Referendumun gedişini izləmək üçün 390 nəfər müşahidəçi qeydiyyatdan keçib. 4, 7, 15, 18, 21, 34, 35 saylı məntəqələrdə səsvermə prosesinin gedişini internet vasitəsilə izləmək mümkündür.

X X X

Ümumxalq səsverməsi 81 sayı Beyləqan seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində də seçicilərin yüksək fəallığı ilə başlayıb. Dairə üzrə 39 seçki məntəqəsində 35 min 515 seçicinin səs verməsi nəzərdə tutulur. Məntəqələrin 5-də veb-kamera quraşdırılıb. Səsvermənin gedişini 456 müşahidəçi izləyir. 

X X X

82 saylı Ağcabədi seçki dairəsinin 46 seçki məntəqəsində səsvermənin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Prosesi izləmək üçün 2, 3, 7, 8, 11, 13, 22 saylı məntəqələrdə veb-kamera quraşdırılıb. Dairə üzrə seçicilərin ümumi sayı 45 min 601 nəfərdir. Prosesi 470 müşahidəçi izləyir.

X X X

83 saylı Ağcabədi-Füzuli seçki dairəsi dairə seçki komissiyasının sədri Mübahir Nəsirov bildirib ki, dairənin əhatə etdiyi 42 məntəqədə 38619 seçici səs verməlidir. Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb. Səsvermə prosesini 415 müşahidəçi izləyir. 1, 2, 21, 23 saylı məntəqələrdə veb-kamera quraşdırılıb. Səsvermə seçicilərin fəallığı şəraitində keçir.

X X X

84 saylı Füzuli seçki dairəsi üzrə 71 seçki məntəqəsi fəaliyyət göstərir. Seçki məntəqələrinin 46-sı rayonun işğaldan azad edilmiş ərazisində, 25-i isə respublikanın digər şəhər və rayonlarında yerləşir. Seçicilərin ümumi sayı 45 min 301 nəfərdir. Onlardan 404 nəfəri bu il ilk dəfə səsvermə hüququ əldə edib. 7 məntəqədə referendumun gedişini veb-kamera vasitəsilə online izləmək mümkündür. Səsvermə prosesini müxtəlif siyasi partiyaları və qeyri-hökumət təşkilatlarını təmsil edən 505 müşahidəçi izləyir. 

X X X

93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Şakir Əliyevin verdiyi məlumata görə, 50 seçki məntəqəsi üzrə 43216 seçici qeydə alınıb. Seçicilərin 415 nəfəri səsvermədə ilk dəfə iştirak edir. 11 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Ümumxalq səsverməsini izləmək üçün 535 müşahidəçi qeydiyyatdan keçib.

X X X

94 saylı Bərdə kənd seçki dairəsində ümumxalq səsverməsi seçicilərin yüksək fəallığı ilə başlayıb. Dairə üzrə səsvermə 54 seçki məntəqəsində təşkil edilib. 6, 11, 22, 27, 45 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Qeydə alınmış 45221 seçicinin 345 nəfəri bu il ilk dəfə səs vermək hüququ qazanıb. 1141 seçicinin yaşı 80-100 arası, 12 seçicinin yaşı isə 100-dən yuxarıdır. 30 saylı məntəqədə qeydə alınmış 122 yaşlı Səmərqa Allahverdiyeva nəinki rayonun, ölkənin ən yaşlı seçicisidir. 

X X X

Ümumxalq səsverməsi 95 saylı Tərtər seçki dairəsinin 38 məntəqəsində keçirilir. Məntəqələrdə referendumun azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, 8 məntəqədə veb-kamera quraşdırılıb. Səsvermə prosesini 383 müşahidəçi izləyir. Dairə üzrə seçicilərin ümumi sayı 37880 nəfərdir. 528 nəfər gənc ilk dəfə olaraq bu il səs vermək hüququndan istifadə etmək imkanı qazanıb. 23 seçicinin isə yaşı 100-dən yuxarıdır. 

X X X

Laçın rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu üçün 121 saylı Laçın seçki dairəsini əhatə edən 102 seçki məntəqəsi respublikanın 48 şəhər və rayonda, o cümlədən laçınlı məcburi köçkünlərin daha çox məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir. Dairə seçki komissiyasından verilən məlumata görə, dairə üzrə seçicilərin ümumi sayı 45956 nəfərdir. Laçınlı məcburi köçkünlər səsvermədə fəal iştirak edirlər. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib