İDMAN


“Qarabağ” bu gün Norveçin “Molde” komandası ilə qarşılaşacaq

Bakı, 16 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” komandası ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüş Kiprdəki “AEK Arena” stadionunda olacaq.

Bu oyunun qalibi koronavirus pandemiyası səbəbindən yeni reqlamentə görə, bir oyunla məlum olacaq.

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Scran Yovanoviç olacaq.

Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu (4:0), II təsnifat mərhələsində isə Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırıb - 2:1.

“Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın “Cele” klublarından güclü olub - 2:1.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.