SİYASƏT


Qarabağ ermənilərinin indikindən daha yaxşı yaşamaq üçün şansları hələ də qalıb – QHT sədri

Qarabağ ermənilərinin indikindən daha yaxşı yaşamaq üçün şansları hələ də qalıb –  QHT sədri

Bakı, 29 mart, AZƏRTAC

Əlbəttə ki, qalib tərəf olaraq alicənablıq göstərən, regionda sülhün, əmin-amanlığın yaranmasına nail olmaq, həmçinin öz vətəndaşları olan Qarabağ ermənilərini mümkün təhlükələrdən qorumaq, onlar üçün daha rahat, normal yaşayış təmin etmək üçün Azərbaycan tərəfi konstruktiv mövqe nümayiş etdirərək, Qarabağda yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya və infrastruktur məsələləri ətrafında müzakirə aparmaq üçün növbəti dəfə Bakıya dəvət etdi. Amma təəssüf ki, yenə də erməni tərəfi öz məkrli, kin-küdurətlə dolu xislətinə uyğun olaraq bu təklifi cavabsız qoydu. Bir tərəfdən bu, bizi təəcübləndirmədi. Son bir ildə ermənilərin mövqelərinin, fikirlərinin 180 dərəcədə dəyişməsi, Ermənistan hakimiyyətinin və cəmiyyətinin, həmçinin Qarabağda yaşayan ermənilərin “rəhbərliyi”nin, digər tərəfdən isə Fransanın birtərəfli, qeyri-obyektiv yanaşmaları buna sübutdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli söyləyib.

QHT sədri vurğulayıb ki, öz dövlətinin, mənsub olduğu millətin taleyini düşünən, kiçik də olsa beyni, fikirləşmək qabiliyyəti olan siyasətçi bu çətin və qarışıq zamanda kimlərinsə isti kabinetində oturaraq verdiyi boş vədlərə inanmaz, hansısa qüvvələrin alətinə çevrilmək istəməzdi. Həm də həmin qüvvələrin ambisiyaları, nüfuz və siyasi-hərbi mübarizəsi dövlətin viran qalması, on minlərlə vətəndaşının məhvi ilə nəticələnə bilər. Ermənilər anlamalıdırlar ki, nə qədər gec deyil Azərbaycanın alicənablığından istifadə etmək, öz evlərində yaşamaq, həm də daha yaxşı şərtlərlə yaşamaq şanslarını əldən verməmək üçün konstruktivlik nümayiş etdirib reinteqrasiya prosesinə şərait yaratmalıdırlar. Amma bugünkü hadisələr Ermənistanın, o cümlədən Qarabağda yaşayan ermənilərin gündəlikdə olan məsələlərə, təmasların inkişafına qeyri-konstruktiv münasibətini nümayiş etdirməklə yanaşı, həm də mövcud vəziyyətdən nəticə çıxarmadıqlarını göstərir.

“Ermənilər, xüsusilə də onların başbilənləri fikirləşməlidirlər ki, bu vəziyyətdən başqa çıxış yolu yoxdur. Qarabağda yaşayan ermənilər qanunlarımıza tabe olaraq Azərbaycan vətəndaşı kimi dövlətimizə sədaqət andı içməlidir. Onların normal və hətta indikindən daha yaxşı yaşamaq şansları hələlik qalıb. Saxta, heç kimin tanımadığı, qəbul etmədiyi, dağılmış, viran qalmış bir mühitdə ac-yalavac yaşamaq, daim qorxu içində sürünmək əvəzinə, inkişaf etmiş, iqtisadi cəhətdən gündən-günə inkişaf edən, hərbi baxımdan qüdrətli, regionun lider dövləti olan Azərbaycanın vətəndaşı olmaq, daha firavan yaşamaq şansları var. Azərbaycan tərəfi hələ ki, qapıları açıq saxlayıb. Əks halda, onlar ərazini tərk etməli olacaqlar. Bunun başqa yolu yoxdur”, - deyə QHT sədri bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.