MƏDƏNİYYƏT


Qarabağ gerçəklərinə həsr olunan “Məzar daşı” romanı Türkiyədə işıq üzü görüb

Bakı, 26 oktyabr, AZƏRTAC 

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” (AKDT) layihəsi üzrə seçmə ədəbi nümunələrimizin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

AZƏRTAC xəbər verir ki, layihə üzrə tanınmış yazıçı-publisist Səyyad Aranın “Məzar daşı” romanı Türkiyə türkcəsində işıq üzü görüb.

Ötən əsrin sonlarında işğalçı Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində törətdiyi qətliamların canlı şahidi olan yazıçı öz yaşadıqlarını və zülmə məruz qalmış bir ailənin həyatını romana çevirib.

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə uyğunlaşdırdığı əsər qardaş ölkənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

Qeyd edək ki, şanlı Ordumuzun Qarabağın işğaldan azad edilməsi uğrunda apardığı mübarizəyə dəstək məqsədilə İstanbul Azərbaycan Kültür Dərnəyi “Zengin Yayıncılık” nəşriyyatı ilə birgə oktyabrın 31-də saat 13:00-da İstanbul şəhərinin Kadıköy İskele meydanında tədbir keçirəcək. Tədbir çərçivəsində ərazidə qurulacaq stenddə Səyyad Aranın “Məzar daşı” kitabının və Qarabağ həqiqətləri ilə bağlı bukletlərin ziyarətçilərə paylanılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.