İDMAN


“Qarabağ” həndbol komandası çempionatda liderliyini möhkəmləndirib

Bakı, 7 noyabr, AZƏRTAC 

Qadın həndbolçular arasında Azərbaycan çempionatında dördüncü turun görüşləri oynanılıb.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionatın “ABU Arena”da keçirilən növbəti oyunlarında əvvəlcə “Azəryol” və “Azərsu” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi ilə yadda qalan oyun sonuncu çempionun - “Azəryol”un qələbəsi ilə nəticələnib – 33:28.

Günün digər matçında “Qarabağ” bütün oyunlarda məğlub olan “İdman Akademiyası” komandasına qalib gəlib - 51:27. “Qarabağ” komandası bu qələbə ilə liderlik mövqeyini möhkəmləndirib. Hazırda bu komandanın aktivində 8 xal var. “Azəryol” 6 xalla ikinci, “Azərsu” 2 xalla üçüncüdür. Autsayder “İdman Akademiyası”nın aktivində xal yoxdur.

Noyabrın 13-də keçiriləcək 5-ci turun oyunlarında “Qarabağ” “Azəryol”la, “Azərsu” isə “İdman Akademiyası” ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.