ELM VƏ TƏHSİL


Qarabağ həqiqətləri ilə bağlı məqalələr nüfuzlu beynəlxalq jurnallarda dərc olunub

Bakı, 12 sentyabr, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, 1988-1989-cu illərdə Şuşa Rayon Polis İdarəsinin rəisi, 1989-1991-ci illərdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini vəzifələrində çalışmış, ehtiyatda olan polkovnik Sadir Məmmədovun Dağlıq Qarabağ məsələlərinə həsr etdiyi məqalələri Polşa, Venesuela və Koreya Respublikasının nüfuzlu jurnallarında dərc olunub.

BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sadir Məmmədovun “Beynəlxalq hüquq və Dağlıq Qarabağ müharibəsi: siyasi aspektlərə münasibət” məqaləsi Polşanın “Polona” jurnalının 385-ci nömrəsində işıq üzü görüb. Müəllifin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və müasir dövrdə təhlükəsizlik arxitekturasına yeni təhdidlər: çağırışlar və cavablar” məqaləsi Polşanın “Nowa Polityka Wschodnia” jurnalında, Koreya Respublikasının İnha Universitetinin “Multikulturalizm və təhsil” jurnalında, Venesuela Respublikasının “Universidad del Zulian” nəşriyyatının çap etdiyi və “Skopus” seriyasından olan “Opsion” jurnalının 87-ci nömrəsində dərc olunub. On yeddi səhifəlik məqalədə beynəlxalq təhlükəsizliyə yönələn təhdidlər və transsərhəd təhlükələri tədqiq edilib. Müəllif fikir və düşüncələrini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi prizmasından araşdırıb, sözügedən münaqişənin ədalətli həllinin, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının dünyada baş verə biləcək təhlükələrin qarşısının alınmasında mühüm rol oynaya biləcəyini qeyd edib.

Sadir Məmmədovun “Universidad del Zulian” nəşriyyatının çap etdiyi və “Skopus” seriyasından olan “Opsion” jurnalının son buraxılışında “Müasir dövrdə beynəlxalq təhlükəsizlik arxitekturasına yeni təhdidlər” adlı ikinci məqaləsi də dərc olunub.

Hər üç məqalənin nüfuzlu beynəlxalq jurnallarda dərc olunması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni işğalçılarının və terrorçuluğunun ifşası baxımından xüsusilə əhəmiyyətlidir və bütövlükdə ölkəmizin uğuru hesab edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.