CƏMİYYƏT


“Qarabağ incilərinin Avropa sədası” layihəsinin icrasına başlanılıb

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi “Şuşa İli” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyə dəstəyi ilə “Qarabağ incilərinin Avropa sədası” layihəsinin icrasına başlayır.

AQSİA-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Qarabağ kolleksiyasına aid 16 geyim hazırlanacaq və hər geyim Qarabağın bir guşəsinin – Şuşa, Qarabağ, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının özəl geyim ünsürlərini özündə yaşadacaq. Hər bir geyimə uyğun çarıq, çanta, sırğa və s. aksesuarlar da hazırlanacaq.

Hazırlanmış geyim nümunələrinin Fransanın paytaxtı Paris şəhərində oktyabrın 24–28-də sərgisi keçiriləcək. Sərgidə ənənəvi xalq geyimlərinin, Qarabağ əhalisinin milli-mənəvi və maddi dəyərləri, geniş mənada türk etnik-mədəni mühitinin milli müəyyənlik göstəricisi olmasını təcəssüm etdirən kolleksiya təqdim olunacaq. Layihənin son mərhələsində isə həmin kolleksiya Şuşa şəhərində təqdim olunacaq.

Hazırda layihə üzrə hazırlıq işlərinə başlanıb, geyim kolleksiyasının tikilişinə start verilib. Layihənin müddəti 4 aydır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.