“Qarabağ” klubu 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
AzerTAg.az
Ağdam, 28 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubu 27 ildən sonra doğma meydanda simvolik futbol matçı oynayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edən klubun rəhbərliyi və futbolçular əvvəlcə cümə məscidində olub, Şəhidlər Xiyabanına gedərək Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət ediblər. Sonra “İmarət” stadionunda “Qarabağ”ın futbolçuları veteran futbolçularla birgə simvolik futbol matçı keçiriblər.
“Qarabağ” klubunun prezidenti Tahir Gözəl müxbirimizə müsahibəsində deyib: “Bu gün keçirdiyimiz hissi sözlə ifadə etmək mümkün deyil. Gözümüz aydın. Müzəffər Ali Baş Komandan İlham Əliyevə nə qədər təşəkkür etsək azdır. Şəhid ailələri qarşısında baş əyirik. “Qarabağ” futbol klubunda ağdamlılar çoxdur. Onlar 8-10 yaşlarında Ağdamdan köçkün düşüblər. Biz indi səbirsizliklə oyunlarımızı “İmarət” stadionunda keçirməyi gözləyirik”.







Xəbərin mətnində orfoqrafik səhv var