İDMAN


“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb

Bakı, 16 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 16-da futbol üzrə Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünə start verilib.

AZƏRTAC xəbər verir ki, 28-ci ölkə çempionatının “Dalğa Arena”da oynanılan açılış matçında sonuncu çempion “Qarabağ” komandası “Keşlə”nin qonağı olub. Görüş ağdamlıların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu matçın 78-ci dəqiqəsində İsmayıl İbrahimli vurub.

Xatırladaq ki, birinci tur çərçivəsində avqustun 17-də “Qəbələ” – “Sumqayıt” görüşü oynanılacaq. Avqustun 17-də “Səbail” və “Zirə”, bir gün sonra isə “Neftçi” və “Sabah” komandaları qarşılaşacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.