İDMAN


“Qarabağ” klubu “Gent” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

“Qarabağ” klubu “Gent” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

Bakı, 3 fevral, AZƏRTAC

Ağdamın “Qarabağ” klubu Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” komandası ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

AZƏRTAC xəbər verir ki, zədəlilər - qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov heyətdə yer almayıb. Yeni transferlərdən Redon Cica, Adama Diakabi və Yassin Benzia siyahıya salınıb.

Heyətdə qapıçılar - Luka Quqeşaşvili, Amin Ramazanov, Ayhan Arazlı, müdafiəçilər - Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, yarımmüdafiəçilər - Qara Qarayev, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Adama Diakabi, hücumçular - Musa Qurbanlı, Ramil Şeydayev və Redon Cica yer alıblar.

“Qarabağ” klubu “Gent”ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.