İDMAN


“Qarabağ” klubu “Makkabi” ilə oyun üçün İstanbula yola düşüb

Bakı, 2 dekabr, AZƏRTAC

“Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda İsrailin “Makkabi Tel-Aviv” komandası ilə qarşılaşmaq üçün İstanbula yola düşüb.

AZƏRTAC klubun “Facebook” hesabına istinadla xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün səfər heyətində yer almayıb. Bakı vaxtı ilə saat 16:30-da ölkə çempionunun mətbuat konfransı, 19:30-da isə komandanın son məşqi baş tutacaq.

Qeyd edək ki, dekabrın 3-də İstanbulda “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.