İDMAN


“Qarabağ” klubu Romada coşqu ilə qarşılanıb VİDEO

Roma, 4 dekabr, AZƏRTAC

Ağdamın “Qarabağ” klubunun futbolçuları UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyunlarını keçirmək üçün İtaliyaya gəliblər.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçilərinin İtaliya paytaxtında yerləşdikləri “Parco dei Principi” otelinin qarşısında bir qrup azərbaycanlı gənc “Qarabağ”ın futbolçularını coşqu ilə qarşılayıb. Gənclər milli musiqimizin sədaları altında əzəli torpağımız olan Qarabağ, eləcə də futbol klubu ilə bağlı şüarlar səsləndirərək, komandamıza dəstək nümayiş etdiriblər.

Futbolçuların qarşılanması mərasimində İtaliya-Azərbaycan Dostluq Dərnəyinin rəhbəri Dündar Keşaplı və bu ölkədə fəaliyyət göstərən Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) rəhbərləri və fəal üzvləri olmaqla, ümumilikdə dörd yüzədək azarkeş iştirak edib.

Qeyd edək ki, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Saat 22:00-da isə “Qarabağ” futbolçuları oyunöncəsi məşqə çıxacaqlar.

Xatırladaq ki, “Roma”-“Qarabağ” qarşılaşması dekabrın 5-də Bakı vaxtı ilə saat 23:45-də İtaliya paytaxtındakı “Olimpiko” stadionunda start götürəcək.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.