İDMAN


“Qarabağ” klubu “Sabah”ın futbolçusu ilə maraqlanır

Bakı, 27 sentyabr, AZƏRTAC

Bakının “Sabah” klubunun yaxınlarda “Şaxtyor”dan ikinci dəfə icarəyə götürdüyü Aleksey Kaşuk Ağdamın “Qarabağ” komandasının transfer siyahısına düşüb.

AZƏRTAC xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov ukraynalı yarımmüdafiəçi ilə yaxından maraqlanır. Hətta “Qarabağ”ın nümayəndələri Donetsk təmsilçisi ilə əlaqə saxlayıb, 22 yaşlı futbolçunun transfer qiymətini araşdırıblar. “Şaxtyor” A.Kaşuku satmaq istəməsə də, “Qarabağ”ın transferdə israr edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.