İDMAN


“Qarabağ” klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyununa çıxıb

Bakı, 27 iyul, AZƏRTAC

Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi İsveçrədə “Sürix” komandasının qonağıdır. “Letsiqrund” stadionunda oynanılan görüşdə meydan sahiblərinin start heyətində Yanik Brexer, Lindrit Kamberi, Adrian Gerrero, Fidan Aliti, Ule Selnes, Antonio Markesano, Şeyk Konde, Nikola Boraniyaşeviç, Vilfred Qnonto, Fabian Roner və Mirlind Kryeziu yer alıblar.

“Qarabağ”ın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Kadi Borges, İbrahima Vadji, Marko Veşoviç, Elvin Cəfərquliyev, Ramil Şeydayev və Kevin Medina çıxıblar.

Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edir.

Bakıdakı ilk qarşılaşma “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu cütün qalibi üçüncü təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzan komanda isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Budyo Qlimt” (Norveç)–“Linfild” (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.