İDMAN


“Qarabağ” klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib VİDEO

Bakı, 27 iyul, AZƏRTAC

Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsveçrədə “Sürix” komandasının qonağı olub.

“Letsiqrund” stadionunda oynanılan görüş 2:1 hesabı ilə İsveçrə çempionunun xeyrinə başa çatıb.

Komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, qalibi müəyyən etmək üçün matçda əlavə vaxt oynanılıb. Əlavə vaxtda "Qarabağ"ın oyunçusu Ovusu Kvabenanın vurduğu qol matçın nəticəsini müəyyənləşdirib -2:2.

Beləliklə, iki oyunun nəticəsinə görə, "Qarabağ" növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.