İDMAN


“Qarabağ” klubu azarkeşlərə müraciət edib

Bakı, 30 iyul, AZƏRTAC

Ağdamın “Qarabağ” klubu Macarıstanın “Ferenstvaroş” komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan əvvəl azarkeşlərə müraciət edib.

AZƏRTAC klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi ev oyunlarında biletlərlə bağlı bütün səlahiyyətlər bundan sonra “iTicket” şirkətinə həvalə edilib.

Bildirilib ki, biletlərlə bağlı hər hansı istək və suallar yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etmək lazımdır.

“Qarabağ” klubu “Ferenstvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.