İDMAN
“Qarabağ” klubu beynəlxalq reytinq cədvəlində 70-ci pillədə qərarlaşıb
Bakı, 30 iyul, AZƏRTAC
Avropada son 10 ilin ən yaxşı 100 klubu açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan siyahıda bir komanda ilə təmsil olunub.
Bu, Ağdamın “Qarabağ” klubudur.
Qurban Qurbanovun yetirmələrinin hesabında 42,00 xal var.
Azərbaycan çempionu onilliyin 70-cisidir. Təmsilçimiz bu mövqeyi Rumıniya “Styaua”sı ilə bölüşür.
“Qarabağ” tanınmış klublardan “Fənərbaxça”, “Betis”, “Renn”, “Lill”, “Real Sosyedad”, “Vest Hem”i, həmçinin Azərbaycan komandalarının keçmiş və indiki rəqiblərindən APOEL, “Rapid”, “Şerif”, “Molde”, “Dnepr” və BATE-ni də arxada qoyub.
Cədvələ “Real” başçılıq edir. “Bavariya” ikinci, “Barselona” üçüncüdür.
Qeyd edək ki, qardaş Türkiyə “Top-100”də üç komanda ilə təmsil olunub. “Beşiktaş” 39-cu, “Qalatasaray” 48-cı, “Fənərbaxça” 74-cüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]