İDMAN


“Qarabağ” klubu bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizəyə başlayır

Bakı, 16 sentyabr, AZƏRTAC

Ağdamın “Qarabağ” futbol klubu bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizəyə başlayır.

AZƏRTAC xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı birinci oyununda İsveçrənin “Bazel” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.

Ağdam təmsilçisinin heyətində zədəli olan müdafiəçilər Bədavi Hüseynov, Elçin Cəfərquliyev və zədəsini yeni sağaldan Rahil Məmmədov meydana çıxamayacaqlar.

Qonaqlarda isə qapıçı Feliks Gebhardt, müdafiəçilər Andrea Padula, Eray Cömert, Nasser Jiqa, yarımmüdafiəçilər Jordi Kintilya, Edon Jeqrova və hücumçu Sebastyano Espozito eyni səbəbdən oyunda iştirak etməyəcəklər.

Oyun “Qarabağ”ın vitse-kapitanı Qara Qarayev üçün əlamətdar olacaq. Azərbaycan millisinin üzvü avrokuboklarda 100-cü qarşılaşmasına çıxacaq.

Qeyd edək ki, qrupun digər görüşündə “Kayrat” Qazaxıstanda Kiprin “Omoniya” klubunu qəbul edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.