İDMAN


“Qarabağ” klubu cari mövsüm 100-cü qolunu vurub

Bakı, 16 may, AZƏRTAC

“Qarabağ” klubu 2021/2022-ci il mövsümündə ümumilikdə 100-cü qolunu vurub. Yubiley topuna Musa Qurbanlı imza atıb. O, Premyer Liqanın XXVII turunun “Səbail”lə səfər qarşılaşmasında (3:0) komandasının ikinci qolunun müəllifi olub.

AZƏRTAC xəbər verir ki, Qurban Qurbanovun yetirmələri 100-cü qolunu 45-ci matçda vurub. Qol sayını 101-ə çatdıran Ağdam klubu Premyer Liqada 68, ölkə kubokunda 15, Konfrans Liqasında 18 dəfə fərqlənib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.