İDMAN


“Qarabağ” klubu futbolçusu Rüstəm Əhmədzadəni “Zirə”yə icarəyə verib

Bakı, 5 iyul, AZƏRTAC

Ağdamın “Qarabağ” klubu futbolçusu Rüstəm Əhmədzadəni “Zirə”yə icarəyə verib.

AZƏRTAC Ağdam təmsilçisinin feysbuk səhifəsinə istinadla xəbər verir ki, 22 yaşlı hücumçu 2022/2023-cü il mövsümündə paytaxt təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü 2021-ci ilin dekabrında “Qarabağ”la müqavilə imzalayıb. R.Əhmədzadənin sözləşməsi 2026-cı il iyunun 30-dək nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.