İDMAN


“Qarabağ” klubu ilə oyun öncəsi “Olimpiakos”un daha bir futbolçusu zədələnib

Bakı, 29 sentyabr, AZƏRTAC

Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın “Olimpiakos” komandasının daha bir futbolçusu zədələnib.

AZƏRTAC xəbər verir ki, müdafiəçi Usseynu Ba sıradan çıxıb. Seneqaldan olan 26 yaşlı oyunçunun durumuna bu gün aydınlıq gələcək.

Daha əvvəl Pirey təmsilçisinin digər müdafiəçisi Panayotis Retsosun da sıradan çıxdığı açıqlanmışdı. İyirmi dörd yaşlı futbolçunun “Qarabağ”a qarşı ilk qarşılaşmanı buraxacağı dəqiqləşib. Bundan əlavə, komandanın əsas qapıçısı Tomaş Vatslikin də 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

“Qarabağ” klubu “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.