İDMAN
“Qarabağ” klubu öz rekordunu təkrarlayıb
Bakı, 22 fevral, AZƏRTAC
“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XVI turunda növbəti səfər heç-heçəsinə imza atıb. “Sumqayıt”la qolsuz bərabərlik Qurban Qurbanovun yetirmələrinin rəqib meydanındakı 6-cı sülhü olub. Bu, klub tarixinin rekordunun təkrarıdır.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi 1992-ci ildən qatıldığı ölkə çempionatlarında heç vaxt 6-dan artıq səfər matçında heç-heçə etməyib. “Qarabağ” 1993-cü, 1993/1994-cü, 1999/2000-ci, 2009/2010-cu, 2011/2012-ci və 2012/2013-cü il mövsümlərində rəqib meydanından altı dəfə 1 xalla dönüb.
Qeyd edək ki, ağdamlılar cari mövsümdə daha 6 səfər oyununa çıxacaq. Bu görüşlərdə qeydə alınacaq bir heç-heçə mütləq rekordla nəticələnəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]