İDMAN


“Qarabağ” klubundan növbəti rekord göstərici

Bakı, 17 fevral, Nicat Məmmədov, AZƏRTAC

Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasında növbəti rekorda imza atıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, Ağdam təmsilçisi buna Premyer Liqada XVII turun “Zirə” ilə oyununda nail olub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv rəqib qapısından 6 cavabsız top keçirib.

Bu, “Qarabağ”ın Azərbaycan çempionatlarında səfərdə qələbə qazandığı ən böyükhesablı nəticələrin təkrarıdır. Ağdamlılar bunadək iki dəfə də belə fərqlə meydan sahiblərini məğlub edib. Hər iki oyun ötən mövsümə təsadüf edib. 2018-ci il dekabrın 9-da indiki kimi “Zirə”, 2019-cu il aprelin 1-də isə “Sumqayıt” öz meydanında “Qarabağ”ın 6 qoluna üzülüb.

Qeyd edək ki, öz rekordunu təkrarlayan son çempion, həm də mövsümün ən böyükhesablı qələbəsini qazanıb. Bunadək cari çempionatın rekordu 4:0 hesabı olub. III turda “Qarabağ” “Səbail”i, “Keşlə” “Qəbələ”ni yenib. Hər iki matçda qonaqlar qalib gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.